İŞİD girov götürdüyü 300 fəhlədən 175-ni edam etdi

İŞİD girov götürdüyü 300 fəhlədən 175-ni edam etdi İŞİD-çilərin Dəməşq yaxınlığındakı “Al Badia Cement” zavodundan girov götürdüyü 300 nəfərin taleyindən xəbər var.

Tehsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya hərbçilərinin məlumatına görə, əsir götürülənlərin 175 nəfəri edam edilib.
Qeyd edək ki, İŞİD yaraqlıları tez-tez belə kütləvi edamlar həyata keçirirlər. Belə ki, yanvarda Deyr-Əz-Zore şəhərində dinc suriyalılarının 280 nəfəri kütləvi şəkildə edam edilib. İraqın Mosul şəhərində isə edam olunanların sayı 4 min nəfərdən artıqdır.

tehsil-press.az

Oxşar xəbərlər