Fransanın Luar-Atlantik departamentindən seçilmiş senator Joel Geryo Parisdəki evində həbs edilərək polis nəzarətinə götürülüb.
Milli Assambleyanın adı açıqlanmayan qadın deputatı senatoru ona xəbərsiz narkotik içirməkdə günahlandıraraq, ondan şikayət edib. Bildirilir ki, senator dostluq əlaqələri saxladığı qadın deputatı evinə dəvət edib. Senatorun evində onunla içki içdikdən sonra qadın deputatın halı pisləşib və oradan ayrılıb. Müayinədən keçmək üçün dərhal xəstəxanaya yerləşdirilən qadının analizləri bədənində ekstaz olduğunu göstərib.
J.Geryonun evində və Senatdakı ofisində aparılan axtarışlar zamanı ekstaz tapılıb. Bundan sonra o, senatorluq toxunulmazlığı ləğv edilmədən, dərhal polis nəzarətinə götürülüb.
Deputat qadın “bir şəxsə təcavüz və ya cinsi zorakılıq törətmək məqsədi ilə onun anlayışını və ya hərəkətlərinə nəzarətini zəiflədə bilən maddənin onun xəbəri olmadan verilməsi” ilə bağlı şikayət verib. Belə cinayət üçün 5 il həbs və 75 min avro cərimə cəzası gözlənilir.
66 yaşlı senator Joel Geryo 2011-ci ildən Luar-Atlantik departamentindən senator seçilir və hazırda Senatda xarici işlər, müdafiə və silahlı qüvvələr komitəsinin vitse-prezidentidir.
Tehsil-press.az