Ağstafada ağır yol qəzası baş verdi

Ağstafada ağır yol qəzası baş verdi Bu axşam Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib. Hadisə Ağstafa rayonun Qırlı kəndi ərazisində qeydə alınlb.

"Ford" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Mənbəyə əsasən, “Opel”in sürücüsü, 37 yaşlı Göygöl rayon sakini Əliyev Ceyhun Əhəd oğlu ağır bədən xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
“Ford”da olan 1970-ci il təvəllüldlü İmanquliyev Mahir, onun qızları 1992-ci il təvəllüdlü Maqiyə və 1994-cü il təvəllüdlü Raziyə, həmçinin digər sərnişinlər - Gəncə şəhər sakinləri 1982-ci il təvəllüdlü Asim Məmmədov, 1981-ci il təvəllüdlü Elsevər Kazımov və 1980-ci il təvəllüdlü Asif Fərəcov müxtəlif bədən xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

tehsil-press.az

Oxşar xəbərlər