Rusiyanın daha bir vertolyotu qəzaya düşdü – Ölənlər var

Rusiyanın daha bir vertolyotu qəzaya düşdü – Ölənlər var Rusiya Silahlı Qüvvələrinə məxsus Mi-28N vertolyotu Suriyada qəzaya uğrayıb. 
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, qəza Suriyanın Homs şəhərində, ayın 12-sinə keçən gecə baş verib. Qəza zamanı 2 heyət üzvünün öldüyü bildirilir. Pilotların cəsədi artıq evakuasiya olunub. Cəsədlər Hmeymim aviabazasında saxlanılır.  Qəzanın səbəbləri araşdırılır. İlkin məlumatlara əsasən, təyyarəyə heç bir atəş açılmayıb.

tehsil-press.az