Röya həyatındakı kişidən danışıb, anasından şikayətləndi - VİDEO

Röya həyatındakı kişidən danışıb, anasından şikayətləndi - VİDEO “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki buraxılışının qonağı Xalq artisti Röya Ayxan olub.
Sənətçi uşaq yaşlarından müğənni olmaq istədiyini deyib:
“10 yaşımda blokda, məktəbdə konsertlər verirdim. Evə gələndə çırpılırdım. Anamla atam buna görə dava edirdi. Anam atama həmişə deyirdi ki, qızın sənə oxşayıb, müğənni olmaq istəyir. Mən uşaqlıqdan bilirdim ki, kim olacağam”.
Röya Ayxan yanında baxımsız, çirkin insanların olmasını istəmədiyini bildirib:
“Harasa gedəndə özümlə əlavə paltar götürürəm. Kiminsə paltarını bəyənməyəndə öz paltarımı ona geyindirmək istəyirəm ki, çox gözəl görünsün. Ətrafımdakı insanların gözəl, baxımlı görünməyini istəyirəm”.



Tehsil-press.az



Oxşar xəbərlər