Aydın Əliyev: Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə milli prioritet məsələdir

Aydın Əliyev: Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə milli prioritet məsələdir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının "Konteynerlərə Nəzarət Proqramının illik hesabatı 2015" birgə nəşrində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə müsahibə dərc olunub.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müsahibədə Azərbaycan Dövlət Göm­­rük Komitəsi ilə BMT-nin Narkotiklər və Cinayət­karlıq üzrə İdarəsi arasındakı əməkdaşlığın çoxşaxəli xa­rakter daşıdı­ğı­nı və bu əməkdaşlığın Azərbaycan üçün çox əhə­miy­yət­li olduğunu vurğula­yan A.Əliyev qeyd edib ki, Konteynerlərə Nəzarət Proqramı çərçi­və­sin­də se­minarın təşkilin­dən tut­muş göm­rük mən­təqə­lərinə təlim səfərləri və avadanlıqla təchizata qədər mühüm işlər gö­rülüb.
Nəzərə çatdırılıb ki, Azərbaycan Gömrük Xidməti BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Mərkəzi Asi­ya Regional İdarəsi ilə əməkdaşlığı genişləndirməkdə ma­raqlıdır. Azərbaycan tərəfi narkotiklərin qanunsuz dövriy­yə­si ilə mübarizədə müxtəlif üsullardan istifadə edib ki, bu sırada yüksəkriskli malların profilləşdirilməsi, kinoloji xidmət, müxtəlif texniki vasitələr və araşdırma üsulları xüsusilə qeyd olunmalıdır.
Azərbaycan hökuməti Konteynerlərə Nəzarət Proqra­mının əhəmiyyətini nəzərə alaraq onu təqdir etmiş və bu proqramın milli gömrük qanunvericiliyinə uyğun olaraq tətbiq edilməsi üzrə Dövlət Gömrük Komitəsini milli mə­sul orqan təyin etmişdir. DGK daim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İda­rəsi­nin (Mər­kəzi Asiya Regional İdarəsi də daxil olmaqla) dəs­təyini hiss etmiş, vacib alətlər və avadanlıqlar Dövlət Göm­rük Komitəsinə verilmişdir. Qanunsuz dövriyyə ilə mübari­zədə mühüm olan təhlükəli materiallar və digər qanunsuz malların sürətli müəyyənləşdirilməsinə yardım etmək məq­sədilə bir çox sahələrdə ixtisaslaşdırılmış tə­limlər təşkil olunmuşdur. Əlavə olaraq, peşəkarlığı, biliyi, bacarığı artır­maq və yüksələn əməkdaşlığı əlaqələndir­mək məqsədilə Vyana, Panama, Rotterdam, Aşqabad, Al­matı və Poti lima­nına təlim səfərləri təşkil edilmiş, həm­çinin Azərbaycanın Bakı və Astara şəhərlərində müxtəlif təlim kursları keçiril­mişdir.
DGK sədri A.Əliyev müsahibəsində daha sonra vur­ğulayıb ki, Azərbaycanda narkotiklərin qanunsuz dövriy­yəsi ilə mübarizə milli prioritet məsələdir. Avropa və Asi­ya­nın kəsişməsində yerləşən ölkəmizin coğrafi mövqeyi və əlverişli nəqliyyat əlaqələri bu vəzifəni zəruri edir. Nar­kotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə 2013-2018-ci illəri əhatə edən üçüncü Dövlət Proqramı Dövlət Göm­rük Komitəsi tərəfindən uğurla həyata keçirilir. Gələcək illərdə beynəlxalq təşkilatlarla, digər ölkələrin müvafiq döv­lət qurumları, o cümlədən Azərbaycanda bu sahədə fəal olan dövlət orqanları və təşkilatları ilə əməkdaşlığı güc­ləndirmək üçün planlaşdırılmış prioritetlər Azərbaycan Gömrük Xidmətinin məlumat mübadiləsini və gömrük əməkdaşlarının peşəkarlığını artıracaq, eləcə də gömrük orqanları üçün potensialın gücləndirilməsi üzrə daha çox tədbirləri qarşıya məqsəd qoyacaqdır.

tehsil-press.az

Oxşar xəbərlər