İsrail 71 fələstinli məhbusu azad edib

İsrail 71 fələstinli məhbusu azad edib İsrail Qəzza zolağında keçirilən əməliyyat zamanı həbs olunan fələstinliləri azad edib.
Bu barədə Qəzza zolağının Sərhəd Keçidləri Baş İdarəsi məlumat yayıb.
“İsrail bu gün anklavın müxtəlif ərazilərində həbs edilmiş 71 məhbusu, o cümlədən 19 qadını Kerem Şalom keçidi vasitəsilə azad edib”, - deyə bəyanatda bildirilir.
Bundan əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, Xan Yunisdəki döyüşlərdən sonra İsrail ordusu Qəzza zolağında - Rəfahda hərbi əməliyyata hazırlaşır.

Tehsil-press.az


Oxşar xəbərlər