Azərbaycanda tələbə həbs edildi

Azərbaycanda tələbə həbs edildi Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.
Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.
İttihama əsasən, o, metronun "Əhmədli” stansiyasının yaxınlığında – Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə və söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.
Barəsində Xətai RPİ-nin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.

Tehsil-press.az




Oxşar xəbərlər