Bakı şəhərinin Xətai rayonunun Sadıqcan küçəsində təmir-tikinti işlərinə başlanılıb.
“Azəravtoyol” ASC-dən virtualaz.org-a verilən məlumata görə, uzunluğu 1 kilometr, ortalama eni isə 15 metr olan küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınıb, ərazidən daşınır, köhnə səki daşları sökülərək yenisi ilə əvəzlənir. Ümumilikdə küçənin 15 min kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq və küçə boyu 2 min p/m yeni səki daşı düzüləcək.
Piyadaların rahat və təhlükəsiz şəkildə gediş-gəlişini təmin etmək məqsədi ilə piyada səkiləri bərpa olunaraq asfaltlanacaq. Bundan başqa zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalizasiya sistemi yaradılacaq, kommunikasiya xətlərinin baxış qapaqları yenilənəcək.
Nəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq və yolun hərəkət hissəsinin xətlənməsi işləri də aparılacaq. Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.
tehsil-press.az