"28 May" stansiyasında sərnişin stansiya yoluna düşüb - Yenilənib

"Bakı Metrosunda qatarların hərəkəti bərpa olunub".

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O deyib ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür:

"Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır. Kişidir"

***

Metronun "28 May" stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.

***

"28 May" stansiyasına qatar daxil olanda, sərnişin stansiya yoluna düşüb. Xətlərdə yubanma var”.

Bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O deyib ki, bu barədə əlavə məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər