BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb

BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb Bakı Dövlət Universitetinin “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə keçirilən “Urban Talks” layihəsi çərçivəsində “Müasir şəhərlərdə mobillik: rahatlıq, sürət və əlçatanlıq balansı” adlı görüş təşkil edilib.

Layihənin növbəti qonağı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında İctimai Şuranın üzvü, nəqliyyat və logistika üzrə ekspert Rauf Ağamirzəyev olub.

“BDU könüllüləri” təşkilatının baş katibi Qasım Xəlilov layihənin məqsədlərini izah edib, ölkədə keçiriləcək Ümumdünya Şəhərsalma Forumu və Dayanıqlı İnkişaf Məqsədləri baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Görüş zamanı müasir şəhərlərdə müşahidə olunan əsas nəqliyyat problemləri – tıxaclar, ictimai nəqliyyatın gecikməsi, sıxlıq və xidmətin qeyri-bərabərliyi geniş şəkildə təhlil olunub. Nəqliyyatın hər kəs üçün əlçatanlığının təmin edilməsinin, xüsusilə əlillər, yaşlılar və tələbələr üçün uyğun şəraitin yaradılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Bununla yanaşı, şəhərlərin daha insanyönümlü və inklüziv şəkildə planlaşdırılmasının zəruriliyi vurğulanıb, mobil tətbiqlər və onlayn xəritələr vasitəsilə mobilliyin daha effektiv idarə olunması imkanları haqqında məlumat verilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər