21 aprel 2016-cı il tarixində Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında Şəki Şəhər (rayon) Prokurorluğu, Şəki Şəhər (rayon) Polis Şöbəsinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə dini radikalizmə, narkomaniyaya və erkən nikah hallarına qarşı mübarizəyə həsr olunmuş hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə ADPU-nun Şəki filialının professor-müəllim heyəti və tələbə-gəncləri, Şəki Şəhər (rayon) Polis Şöbəsinin bir sıra əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Əhmədiyyə Bəşirov açmış, aprel ayının əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına qarşı apardığı əməliyyatlar zamanı şəhid olmuş zabit və əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Şəki Şəhər (rayon) Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev və Şəki şəhər (rayon) prokuroru, baş ədliyyə müşaviri Elmar Camalov geniş məruzə ilə çıxış etmişlər. Onların məruzəsində respublikamızda, o cümlədən Şəkidə narkomaniyaya, dini radikalizmə və erkən nikah hallarına qarşı aparılan mübarizə tədbirlərindən geniş bəhs edilmiş, qeyd olunan problemlərlə bağlı statistik məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır. Çıxış edən natiqlər müzakirə olunan problemlərlə əlaqədar təhsil müəssisələrinin qarşısında dayanan konkret vəzifələri qeyd etmişlər.
Tədbirdə Şəki Şəhər (rayon) Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov, ADPU-nun Şəki filialının Elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev çıxış edərək müzakirə olunan məsələlərlə bağlı öz rəy və təkliflərini söyləmişlər.
Tədbirin sonunda Şəki Şəhər (rayon) Polis Şöbəsinin rəisi Əbülfət Rzayev və Şəki şəhər (rayon) prokuroru Elmar Camalov tədbir iştirakçılarını və tələbələri maraqlandıran sualları ətraflı cavablandırmışlar.
tehsil-press.az