Təhsil Nazirliyi təlim keçirib

Təhsil Nazirliyi təlim keçirib Aprelin 18-də rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının və sosial şəbəkələrdəki səhifəsinin idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı təlim keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən təlimdə Təhsil Nazirliyinin əməkdaşları,  rayon( şəhər) təhsil şöbələrinin (idarələrinin) nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirakçılara rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının və sosial şəbəkələrdəki səhifəsinin idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi ilə bağlı informasiyalar verilib, sosial şəbəkələrdə şəhər və rayon təhsil şöbələrinin səhifələri üçün tələblər, sosial şəbəkələrdən istifadə və səhifələrin nizamlanması qaydaları izah olunub.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) saytının idarəedilməsi və məlumatların müvafiq qaydada yerləşdirilməsi əyani olaraq göstərilib.
Tədbirdə mövzu ətrafında müzakirələr aparılıb və müvafiq təkliflər dinlənilib.

Təhsil Nazirliyi təlim keçirib

Təhsil Nazirliyi təlim keçirib

tehsil-press.az

Oxşar xəbərlər