Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədri Səttar Möhbalıyev iyulun 26-da təşkilatın növbədənkənar qurultayının çağırılması barədə qərar verib.
O, AHİK sədrliyi ilə vidalaşacaq, lakin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində bitərəf namizəd kimi iştirak edəcək.
3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verən Səttar Möhbalıyevin artıq namizədliyi qeydə alınıb.
AHİK sədrinin köməkçisi bildirib ki, Səttar Möhbalıyevin səhhətində problem olduğu üçün sədrliyə namizədliyini verməyəcək: "İyun ayında ürəyindən əməliyyat olundu, buna görə də bu dəfə sədrlik postuna iddia etməyəcək. Hazırda Səttar müəllim Naxçıvandadır".
Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbədənkənar VI qurultayı 2023-cü ilin dekabrın 20-də keçirilib./Teleqraf.com/
Tehsil-press.az