Xəbər verdiyimiz kimi, ali məktəblərə ixtisas seçiminin nəticələri elan olundu. 82883 abituriyentin 55656 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. Və bu il ilk dəfə olaraq Qarabağ Universitetinə tələbə qəbul prosesi həyata keçirilib.
Qarabağ Universitetinə qəbul olan ilk tələbələrdən biri də Zenfira Nəsirovadır.
AzEdu.az Təhsil Portalı olaraq Zenfira Nəsirova ilə əlaqə saxladıq.
O, təəssüratlarını bizimlə bölüşüb.
-Zenfira xanım, ilk növbədə özünüz haqqında məlumat ilə başlayaq...
-Mən, Nəsirova Zenfira Rəşadət qızı 2007-ci ildə Salyan şəhərində anadan olmuşam. 2013-cü ildə Salyan şəhər Aşıq Pənah adına 1 saylı məktəb liseyin 1-ci sinfinə qəbul olub, 2024-cü ildə orta məktəbimi bitirmişəm.
Uşaq yaşlarınızda Qarabağı necə xatırlamısınız?
-Mən uşaq ikən Qarabağ işğaldan azad edilməmişdi. İnsanlar hər dəfə Qarabağı xatırlayan zaman ürək ağrısı ilə yad edirdilər. Lakin bu gün topraqlarımız düşmən tapdağından azad edilib və hamımız buna görə qürur hissi keçiririk. 2020-ci ildən etibarən artıq tarix yazıldı. Təbii ki, III ixtisas qrupuna hazırlaşan, tarixçi biri olaraq Qarabağla bağlı daha çox məlumat almışam. Qarabağ Universiteti seçməyimə bununda öz təsiri oldu. Fəxr və qürur hissi keçirirəm. Uzun illərdən sonra işğaldan azad edilmiş torpaqlarımıza ilk qədəmimi tələbə kimi atacağam.
-Zenfira xanım, Qarabağ Universitetinə qəbul olmağınız münasibəti ilə sizi təbrik edirik. Artıq Qarabağ Universitetinin ilk tələbələrinin sırasına daxil oldunuz. Bu necə bir hissdir?
-Əlbəttə, hisləri ifadə edə biləcək sözlər yoxdur. Bu şad xəbəri mənə ilk dəfə yaxın dostum və bibim söylədi. Daha sonra mən də mesaj göndərib, nəticəmlə tanış oldum. Qarabağ Universitetinə qəbul olmaq mənim üçün çox gözəl xəbər, eyni zamanda qürurvericidir. Sevincimin həddi-hüdudu yoxdur. Ailə üzvlərim və yaxınlarımla şad xəbərimi paylaşdım, onlar da sevincimə şərik oldular.
-Hüquqşünaslıq ixtisasına qəbul olmaq uşaqlıq arzunuz olub?
-Əslində uşaq yaşlarımda həkim olmaq istəyirdim. Bakı Dövlət Universiteti və ya ADA Universitetinə qəbul olmağı düşünürdüm. Daha sonra hüquqşünaslıq ixtisası üzrə təhsil almağı planlaşdırdım.
-Niyə məhz Qarabağ Universitetini seçdiniz?
-30 ildən sonra doğma torpaqlarımız azad olundu və bu il ilk dəfə Qarabağ Universitetində təhsilimiz inkişaf etdiriləcək. Bu mənim üçün qürurvericidir. Hər bir vətənpərvər tələbə kimi məndə Qarabağ Universitetində təhsil alıb, vətənə layiqli övlad olmaq üçün çalışacağam.
Bir-iki ay əvvəl Qarabağ Universiteti haqqında tədbir keçirilmişdir. O tədbirdə universitetin gələcək perspektivi, o cümlədən bir çox sahə üzrə yaratdığı imkanların gələcək karyeramıza müsbət təsir edəcəyini öyrəndim. Təqaüdlər, eyni zamanda ikili diplom proqramları kimi məqamlar diqqətimi çəkdi. Və daha sonra bu fikrimi ailə üvzlərimlə bölüşdüm, onlar da fikrimi qəbul etdilər. Yəni bu universiteti seçdiyim üçün çox sevinirəm.
- Salyanda Qarabağa olan məsafə 223 kilometrdir və ilk dəfədir ki, ailənizdən uzaqda qalacaqsınız. Bunu düşünən zaman hansı hislər keçirirsiniz?
-Sözün düzü, ailəmdən uzaqda qalmaq fərqli bir hissdir. Çünki hər bir gəncin bu yaşa çatdığı zaman ən böyük istəyi yaxşı universitetdə təhsil almaqdır. Ona görə də həm sevinirəm, həm də uzaq qaldığım üçün məyus oluram. Amma hər nə olursa, olsun artıq yeni bir həyata qədəm qoyuram. Ona görə də yaranan şəraitə hər zaman alışmaq lazımdır.
-Siz, artıq hüquqşünaslıq ixtisas üzrə təhsil alacaqsınız. Ümumiyyətlə özünüzü bu sahədə görürsünüz? Gələcəklə bağlı hansı hədəfləriniz var?
-Bəli, gələcəkdə özümü peşəkar vəkil kimi görürəm. Gələcək hədəflərim sırasında ali məktəbi yüksək qiymətlərlə başa vurub, İngiltərədə magistratura təhsil almağı düşünürəm. Hesab edirəm ki, bu ildən etibarən Qarabağ Universitetinin reytinqi çox yüksələcək. Qarabağ Universiteti Azərbaycanın, hətta dünyanın ən öndə gedən ali təhsil müəssisələrindən birinə çevriləcəyinə əminəm.
AzEdu.az Təhsil Portalı olaraq tələbə adını qazananları təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzu edirik!
Tehsil-press.az