"Etihad" aviaşirkətinin təyyarəsində dəhşət dolu anlar yaşandı

Çərşənbə günü BƏƏ paytaxtı Əbu-Dabidən İndoneziyanın paytaxtı Cakartaya uçan «Etihad» aviaşirkətinə məxsus təyyarə Cakarta hava limanına enişə 45 dəqiqə qalmış havada güclü turbulentlik zonasına daxil olub. Tehsil-press.az ərəb mənbələrinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində olan sərnişinlər dəhşət dolu anlar yaşamalı olublar. Hadisələrin şahidinin birbaşa təyyarənin göyərtəsindən çəkdiyi videogörüntüləri nəzərinizə çatdırırıq. Qeyd edək ki, hadisə nəticəsində 31 sərnişin xəsarət alıb.



Tehsil-press.az

Oxşar xəbərlər