Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi

Nazir polkovnik-leytenantı işdən çıxardı, yeni rəis təyin etdi Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

Tehsil-press.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Anar Salahov Əzizağa oğlu sözügedən vəzifəsindən azad olunub.

Onun yerinə Qorçiyev Rüfət Elburus oğlu gətirilib.

Qeyd edək ki, Anar Salahov 2017-ci ildən Neftçala rayon Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışıb.

Tehsil-press.az

Oxşar xəbərlər