Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Rüfət Mahmud bu təyinata qədər SOCAR-ın Rusiyadakı törəmə müəssisəsi – “SOCAR Rus” MMC-nin rəhbəri olub.
O, 2019-2022-ci illərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri işləyib.
Tehsil-press.az















