.png)
Nəqliyyatın dayanmadan hərəkəti üçün həmin kəsişmədə fərqli səviyəli yol ötürücüləri və digər alternativ yolların yaradılması gözlənilir.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əsas hədəflərdən biri Babək prospekti ilə "ADA" universitetinin qarşısından keçən yolun birbaşa əlaqələndirilməsidir.
8 Noyabr prospektində də yeni layihələr icra ediləcək. Əsas hədəf "Nargilə dairəsi" kimi tanınan ərazidə sıxlığı aradan qaldırmaqdır.
Ekspert deyir ki, bundan başqa şəhərdə nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə 8 Noyabr da daxil olmaqla 4 böyük əsas prospekti birləşdirən yeni yolun yaradılması da əsas hədəflərdəndir. /Xəzər Tv/
Tehsil-press.az