
Bu sözləri “Künc bucaq” layihəsində qonaq olan aktyor Cavidan Novruz Xalq artistləri Əli Nur və Nurəddin Mehdixanlı barədə açıqlamasında deyib:
“Əlinur müəllimə məni teatrdan çıxartdıracaq dərəcədə heç nə etməmişəm. Lap çıxartdırsın. Heç nədən qorxan adam deyiləm. Günahım yoxdursa, öz haqqımı tələb edəcək adamam. Səhvim varsa, hər kəsin önündə əyilib o kişinin ayağından öpərəm, üzr istəyərəm. Az qala məni məsuliyyətə cəlb etdirəcək dərəcədə danışıqlar olub. Amma mən heç nə etməmişəm. O, ailəmə dil uzadıb, atamın ölüsünə az qala nə isə demək istəyib. Şər atıb ki, Ramiz Novruz ondan nəyəsə görə üzr istəyib. Ramiz Novruz ondan üzr istəyəcək kişi olmayıb.
Nurəddin Mehdixanlı ilə 40 ilin dostu idilər. Ailədə hamı bilir ki, Nurəddin Mehdixanlı ailə dostumuz və atamın yaxın dostu olub. Atamın ən ağır günləri idi. Teatrda Nurəddin müəllimin otağının qabağına gəldim. Ona dedim ki, əgər mənim atama bir şey olsa, bu teatrda əmi deyəcəyim adam sənsən. O da məni qucaqladı. Sonra Nurəddin Mehdixanlı atamla barışmaq istəyirdi, alınmadı, mən edə bilmədim. Atam dedi ki, hətta Ramiz Məliklə barışaram, amma onu bağışlamaram, çünki 40 ilin dostu bölmədə mənim üzümə durdu. Ona görə atam özü əlaqələrini dayandırdı, küsdü və Nurəddin Mehdixanlı ilə arasında qırğınlıq oldu. Çox pis qəlbi qırılmışdı. Sonra teatrda Əli Nur müəllim də daxil olmaqla Nurəddin Mehdixanlı ilə yaxın olan 3-4 aktyor var ki, mənə salam vermədilər. Ümumiyyətlə, məni teatrda görməzdən gəlirlər. Sonra təxmin etdim ki, bunu edən yəqin ki, Nurəddin müəllimdir. Bəlkə də istədiyini alındıra bilmədim, atamla barışmadılar deyə, o adam məndən incidi. Fakt olaraq demirəm ki, o edib, təxminim budur”.
Tehsil-press.az