Türkiyədə turistləri daşıyan avtobus aşdı

Türkiyədə turistləri daşıyan avtobus aşdı Türkiyənin Çanaqqala şəhəri Gelibolu rayonunda turistləri daşıyan avtobus qəzaya uğrayıb.

Tehsil-press.az-ın məlumatına görə, avtobusun aşması nəticəsində 5 nəfər həlak olub, 34 nəfər yaralanıb. Yaralılar helikopter və təcili tibbi yardım maşınları ilə Çanaqqala və Ədirnə xəstəxanalarına çatdırılıb. Çanaqqala şəhər meri Hamza Erkalın verdiyi məlumata görə, avtobus İstanbul Sancaqtəpə Bələdiyyəsinin təşkil etdiyi mədəniyyət turları çərçivəsində Quran kursları dərsləri alan qadınları daşıyırmış. Polis hadisənin baş vermə səbələrini araşdırır. İlkin versiyaya görə, avtobus idarəetməni itirərək aşıb.


Tehsil-press.az

Oxşar xəbərlər