Dünyanın ən bahalı aviabileti

Dünyanın ən bahalı aviabileti Dünyanın ən bahalı aviabileti BƏƏ-nin Etihad Airways aviaşirkəti tərəfindən satışa çıxarılıb.

Tehsil-press.az xarici KİV-ə istinadən xəbər verir ki, Londondan Melburn şəhərinə uçuş həyata keçirən Airbus A380-800 avialayneri ilə səyahət edən alıcı biletə 80,5 min dollar ödəməli olacaq. Bildirilir ki, göstərilən məbləği ödəyən şəxs təyyarənin göyərtəsində yataq, qonaq otağı və vanna otağı ilə birgə üçotaqlı nömrədə qala biləcək. Həmçinin, o da qeyd edilir ki, müştərinin iki nəfərlik çarpayısı, iki televizoru, şəxsi qulluqçucu və aşpazı olacaq. Qeyd edək ki, bundan əvvəl ən bahalı bilet 75,9 min dollar dəyərində olub.


Tehsil-press.az

Oxşar xəbərlər