Uşaqlar üçün xərçəng əleyhinə vaksin HAZIRLANDI

Uşaqlar üçün xərçəng əleyhinə vaksin HAZIRLANDI Avstraliyada baş beyin şişlərinə qarşı terapiyaya davamlı uşaqlar üçün dünyada ilk dəfə fərdi vaksinlərin klinik sınaqları başlayacaq.

Bu barədə vaksin PaedNEO-VAX-i hazırlayan Kvinslend Dövlət Universiteti (UQ) məlumat verib.

Sınaqlar dörd il davam edəcək və Avstraliyanın səkkiz uşaq xəstəxanasında aparılacaq.

Prosesdə 70 uşaq iştirak edəcək. Onlara beyin xərçəngi diaqnozu qoyulub və gözlənilən ömür müddəti iki ildən azdır.

Hər bir vaksin isə uşağın şişinin genetik profilinə uyğun olaraq fərdi hazırlanacaq.

"Bu, xüsusilə mürəkkəb beyin xərçəngi formalarının müalicəsində yeni, fərdi yanaşmadır", - tədqiqatda iştirak edən professor Cordan Hansford bildirib.

Sınaqlar iki mərhələdə keçiriləcək. Birinci mərhələdə alimlər təhlükəsiz və effektiv dozanı müəyyən edəcək. İkinci mərhələdə isə terapiyanın xəstəliyin irəliləməsini necə yavaşlatdığını, sağ qalma müddətini necə artırdığını və xəstələr və onların ailələri üçün həyat keyfiyyətini necə yaxşılaşdırdığını qiymətləndirəcəklər.

Vaksinin hazırlanması mRNT platforması əsasında həyata keçirilir. Hər bir uşaq üçün şişin unikal genetik markerləri aşkar edildikdən sonra fərdi hədəflər seçilir və uyğun vaksin hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər