ABŞ səfirliyində iftar mərasimi təşkil edilib

ABŞ səfirliyində iftar mərasimi təşkil edilib Bu gün ABŞ-ın Azərbaycandakı səfirliyində iftar mərasimi təşkil edilib.

Tehsil-press.az-ın məlumatına görə, tədbirdə Azərbaycanın dövlət rəsmiləri, xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar itirak edib.
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Səfir bildirib ki, Ramazan digər insanların rifahı, ehtiyacları barədə düşünməyə sövq edir. R.Sekuta bildirib ki, builki iftar süfrəsi xüsusilə mühümdür, çünki 2016-cı il Azərbaycanda multikulturalizm ili elan edilib.
Azərbaycanın zəngin tarixə malik dini tolerantlığının olduğunu vurğulayan səfir bildirib ki, Azərbaycan din və digər sahələrdə başqa ölkələrə örnək olmaq baxımından mühüm rol oynayır.
Səfir əlavə edib ki, ABŞ-da geniş müsəlman icması mövcuddur. Onun sözlərinə, ABŞ-dakı müsəmanlar ABŞ cəmiyyətinə inteqrasiya olub: “Xüsusilə Məhəmmədəlinin son mənzilə yola salınması zamanı xalq izdihamı faktını qeyd etmək istəyirəm”.


Tehsil-press.az

Oxşar xəbərlər