Türkiyə Azərbaycandan qaz idxalını artırır
Türkiyənin BOTAŞ dövlət boru kəməri şirkəti bu ilin sonunadək Azərbaycandan 6,5 milyard kubmetr qaz idxal etməyi planlaşdırır. Bu barədə Tehsil-press.az-ın "Anadolu" agentliyinə istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, 2015-ci ildə Türkiyə Azərbaycandan 6,17 milyard kubmetr qaz idxal etmişdi. Bununla da BOTAŞ Azərbaycandan qaz idxalını 5,4 faiz artırmış olacaq.
Tehsil-press.az
- Baxış: 5748
Xəbərin tarixi: 22.11.2016 / 10:02
-
Oxşar xəbərlər