Rövnəq Abdullayev: Azərbaycan Aİ-92 markalı benzinin idxalını dayandırıb

Rövnəq Abdullayev: Azərbaycan Aİ-92 markalı benzinin idxalını dayandırıb Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra Aİ-92 markalı benzinin idxalını dayandırıb.

Tehsil-press.az-n məlumatına görə, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, NEZ-də təmir müddəti ərzində ölkəyə təqribən 30 min ton benzin idxal edilmişdi. R.Abdullayev qeyd edib ki, hökumətin Aİ-92 benzinin idxalına tətbiq etdiyi gömrük rüsumlarına baxmayaraq, SOCAR bir neçə milyon dollaradək zərər görüb, çünki idxal olunan benzinin qiyməti onun daxili bazardakı dəyərindən iki dəfə çoxdur.


Tehsil-press.az

Oxşar xəbərlər