Ölkədə bəd xassəli qan xəstələrin sayı surətlə artır, mütəxəsislər isə qarşısını almaq üçün müasir tibbi texnologiyadan istifadə olunduğun söyləyirlər…

Ölkədə bəd xassəli qan xəstələrin sayı surətlə artır, mütəxəsislər isə qarşısını almaq üçün müasir tibbi texnologiyadan istifadə olunduğun söyləyirlər… Son illər respublikamızda bədxassəli qan xəstəlikləri ilə bağlı həkimlərə müraicət edən insanların sayı xeyli artıb. Həmçinin bu növ xəstəliklərdən dünyasını dəyişənlər də çoxalıb.Rəsmi məlumatlara əsaslanaraq belə qənaətə gəlmək olar ki, son vaxtlar qan xəstəlikləri 15 yaşına qədər olan uşaqlar və yeniyetmələr də daha çox qeydə alınıb. Eyni zamanda bu yaş qruplarında ölüm hallarının daha da artdığı məlum olub. Bu istiqamətdə apardığımız araşdırmaların və mütəxəsislərn söylədiklərinə əsaslanaraq bildirəmək istəyirik ki, isanlarda müxtəlif qan xətəliklərn artması təhlükəli, daha ciddi vəziyyətin vəziyyətin yarandığından xəbər verir. Hətta belə respublikamızın təcrübəli həkimləri bu xəstəliklərin qarşısını almaqdan ötrü hər cür müalicə üsullarından istifadə etsə belə hələlik qan xəstəlikləri əziyyət çəkənlərin və dünyasını dəyişənlərin sayı azalmaq mümkn deyil. Qeyd edək ki, ölkədə təkcə 2016-cı ildə qan xəstəlikləri bağlı həkimlərə müraciət edən vətəndaşların 4600 nəfərində bədxassəli qan xəstəlikləri aşkar olunub. edilib.Respublikamızda hemotologiya və transfuzilogiya sahəsi üzrə ixtisaslaşan və təkmiləşən müalicə ocağı B.Ə.Eyvazov adına Elmi-Tədiqat Hematologiya və Transfuziologiya İnstitudur.Bu tibb ocağı 1943-cü ildən fəaliyyət göstərir,klinika, mərkəzi qan bankı və elm bölmədən ibarətdir. Həmçinin klinikanın tərkibinə böyüklər üçün iki hermotoloji,uşaq hemotologiya,reanimasiya,intensiv terapiya, klinik-diaqnostik laboratoriya və talassemiyanın profilaktika şöbələri də fəaliyyət göstərir. Son zamanlar leykozların diaqnostikası və müalicəsində irəliləyişlərindən danışan həmin institutun baş həkimi Aris Əliyev bildirdi ki, bu yeniliklər ilk növbədə leylkozların molekulyar-genetik diaqnostika üsullarının tətbiqinə və leykozların müxtəlif növlərinin hədəf terapiyası üsullarının işlənib hazırlanmasına aiddir.Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin rəhbərliyi ilə institutda bu xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub. Eyni zamanda respublikanın baş hemetoloqu Çingiz Əsədovun verdiyi açıqlamaya görə, ötən il inistituta müraciət edən vətəndaşların sayı 12 min 628 nəfər olub və bunlardan ilkin müraciət edənlərin sayı 4 min 519 nəfər təşkil edib.
Respublikanın baş hematoloqu qeyd etdi ki, 2015-ci illə müqayisədə bir qədər yüksəkdir. Belə ki, 2015-ci ildə ilkin müraciət edənlərin sayı 4 min 306 nəfər olub. Hazırda müəssisədə 27 min 523 nəfər dispenser qeydiyyatında 27min 523 nəfər xəstə var. 2015-ci ildə isə bu rəqəm 23 min 962 nəfər təşkil edib. Baş hematoloqun sözlərinə görə, 2016-cı ildə müraciət edən vətəndaşların 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onların 327 nəfərin də kəskin leykoz müəyyən edilib. Ç. Əsədov bildirib ki, ötən il 522 min 639 laborator müayinə aparılıb. Qeyd edək ki, həmin laborator müayinələrə hematoloji, sitoloji, bio-kimyəvi, immunoloji ekulyar-genetik müayinələri daxildir. Eyni zamanda 2016-cı ildə Nazirlər Kabineti “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə tədbirlər Proqramı”nı təsdiq edib.Bu proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikası və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, həmin xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına yönəlib.
Dediyinə görə, 2016-ci ildə nikahqabağı müayinədən 143 min 694 nəfər keçib, onlardan 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə isə QİÇS aşkar edilib. Müayinədən keçərkən talassemiya daşıyıcılığı aşkar edilən cütlüklərin sayı isə 42- yə çatıb. Baş hematoloq söhbət zamanı onu da əlavə etdi ki, hazırda ölkəmizdə 2 min 500-dən artıq xəstə, o cümlədən 300 uşaq qanın bədxassəli xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Qeyd edək ki,qanın bədxassəli xəstəlikləri müasir təbabətin ən aktual problemlərindəndir. Bu aktuallıq onların mürəkkəbliyi, sosial əhəmiyyətli, ağır kliniki gedişi və yüksək ölüm riski ilə şərtlənir. Məlum olduğu kimi dünyada bədxassəli şişlərdən ölüm hallarının 6-10 faizini məhz qanın bədxassəli xəstəlikləri təşkil edir. Əlbbətə ki, uşaq və gənc yaşlarında bədxassəli şişlərdən ölüm hallarının 50 faizə yaxın olması narahatlıq doğurur. Narahat edici amillərdən biri də budur ki,15 yaşa qədər olan uşaqlar arasında qanın bədxassəli xəstəlikləri ölümün əsas səbəblərindən biridir.Həkimin sözlərinə görə, qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicənin xəstələr üçün ağır maddi yük olması onu sosial əhəmiyyətli xəstəliklər hesab etməyə imkan verir.
Mərkəzi Qan Bankının direktor müavini Namirə Abbasova isə jurnalistlərə verdiyi açıqlamasında söylədi ki, ötən ilin on bir ayında respublika üzrə donor sayı 76min 692 nəfər olub və onlardan 36,369 ton qan tədarük edilib.Məlumata görə,“Aşura günü 4141 nəfər qan vermə aksiyasında iştirak edib və1863,8 litir qan verib. Ötən il mərkəzi qan bankında 44 min 393 nəfər qan verib.Bu qanlardan 17min 952 vahid eritrosit kütləsi və 639 vahid təzə dondurulmuş plazma (TDP) Talassemiya Mərkəzinə, 7324 vahid eritrosit kütləsi və 4062 vahid TDP isə Hemetologiya və Trasfuzuologiya İnustutunda müalicə alan xəstələrə buraxılıb. Belə ki, 2010-cu ildə respublika 46 min 530 nəfər donorluq edərək qan veribsə, 2015-ci ildə bu rəqəm 61,6 faiz artaraq 75 min 184 nəfər olub ki, bu rəqəmin də təxminən 54,5faiz-i bankın donorlarının payına düşür. Respublikamızda 40 min 972 nəfər mərkəzi qan bankına qan verib. Ölkə üzrə 2010-cu 21 ton 131 litr və 2015- ci ildə 36 ton 598 litr qan tədarük edib. Mərkəzi qan bankının direktoru onu da əlavə etdi ki, Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramlarının həyata keçirilməsi nəticəsində talassemiya xəstələrin müasir müasir səviyyədə aparılmasına nail olunub. Xəstələrin donor qanına və dəmirqovucu dərman preparatlarına olan ehtiyacı tam təmin olunub. Artıq talassemiyanın radikal müalcə üsulu olan sümük iliyinin transplantasiyasınn da yerinə yetirilməsinə başlanıb.
Namira Abbasova söhbət zamanı qeyd edib ki, donorluğun təbliği sahəsində müasir üsullardan istifadə edilməsi donorların sayının və tədarük edilən qan və onun kompomentlərinin miqdarının artmasıa səbəb olub: “Bu sahədə görülən tədbirlər arasında Mərkəzi Qan Bankın VEB saytnının yaradılması, video kliplərin çəkilməsi, plakatların və kitabların çap edilməsi, kütləvi informasiya vasitələrlə ilə çoxsaylı çıxışlar,donorların forumların, təbliğat xarakterli müxtəlif keçirilməsi tədbirləri keçirilməsi kimi tədirlər var. Son vaxtlar Səhiyyə Nazirliyi qan xidməti və donorluq sahəində köklü islahatlar aparıb. Qan xidməti müəssisələrinin şəbəkəsinin optimallaşdırılması vəfəaliyyətinin və fəalliyətinin təkmilləşdirilməsi həyata keçirilib. Qeyd edək ki, qan xidməti tibb müəssisələini qan komponentləri ilə təmin edən səhiyyə sahəsidir. Məlumdur ki, qan sahəsinin dinamik inkişaf olmadan cərahiyyə, reanimasiya, doğuşa yardım, hematologiya, onkologiya, travmotologiya və digər sahələrdə ixtisaslaşdırılmış tibbi yardımın həyata keçirilməsi mümkün deyil. Qan xidmətinin əhəmiyyəti, xüsusilə də, fövqalədə vəzyyətlər zamanı artır...
Söz yox ki, respublikamızda müxtəlif növ qan xəstəlikləri olan vətəndaşların artması heç də yaxşı vəziyyət deyil.Bu vəziyyətin qarşısını almaq üçün ölkəmizdə daha müasir üsullu qan xəstələrin müayinə və müalicə olunmaları üçün tibb ocağı istifadəyə verilməsi çox vacib olan məsələdir.

Elman Maliyev

Oxşar xəbərlər