Gizli qulaqcıqlara maraq artıb: imtahanlarda istifadə edilib?

Gizli qulaqcıqlara maraq artıb: imtahanlarda istifadə edilib? Ölçüsü cəmi bir neçə milli metrdir. Qulağın içində qoyulur və ətrafdakılar diqqətlə baxmasa, bu cihazı görə bilmirlər.
Son dövrlər ölkəmizdə gizli qulaqcıqlara maraq artıb. Sosial şəbəkələrdə, xüsusi ilə instagramda belə avandlıqların satışı ilə məşqul olan çoxlu sayda səhifə var. Belə səhifələrin əsas müştəriləri isə tələbələrdi. Hətta belə səhifələrdən birində imtahanda bu qurğudan istifadə edən tələbənin suallara düzgün cavab yazdığını bildirən yazışma da qeyd edilib. Qiyməti isə minumum 30 manatdan başlayır.
Belə belə səhifələrin biri ilə əlaqə saxlamağa çalışsaq da qeyd edilən nömrəyə cavab verən tapılmadı.
Tələbələr də imtahanlarda belə vasitələrdən istifadə edildiyini təsdiqləyirlər.
Marketoloqlar isə bu məhsulların satışının qanunvericiliklə qadağan olmadığından başqa məqsədlər üçün istifadəsinin geniş yayıldığını bildirirlər.
Bu və bu kimi vasitələrdən istifadə edərək imtahandan keçən tələbələr isə başqalarını yox, məhz özlərini aldatmış olurlar.

Təhsil-press.az

Oxşar xəbərlər