
Tədqiqatçıların tələbi ilə proses bitmiş elan edilib, tərəflər etiraz etməyiblər.
Bacılara gecələr yaşayış yerini tərk etmək, müstəntiq və qohumlarından başqa tanımadığı şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Hətta bacılara bir-biri ilə ünsiyyətdə olmaq, mobil telefondan və internetdən istifadə də 28 dekabra kimi yasaqlanıb.
Xatırladaq ki, M. Xaçaturyan bu il iyulun 27-də 17,18 və 19 yaşındakı doğma qızları Angelina, Kristina və Mariya tərəfindən qətlə yetirilib. Onun boynu və bədəninin digər nahiyələri kəsilmiş-deşilmiş olan cəsədi çoxmərtəbəli binanın girişində tapılıb. Şübhəli kimi saxlanılan bacılar cinayəti etiraf ediblər. Onlar atalarının təzyiqlərindən təngə gəldiklərini bildiriblər.
Tehsil-press.az