Azərbaycanlı avtoritet Ukraynadan çıxarıldı

Azərbaycanlı avtoritet Ukraynadan çıxarıldı Kriminal aləmdə “Dato Ağcəbədinski” kimi tanınan avtoritet Cavid Məmmədov Ukraynada saxlanılıb.
Cavid Məmmədov mayın 5-də paytaxt Kiyevdə saxlanılaraq ölkədən 3 il müddətinə deportasiya edilib.
Məlumatda qeyd edilir ki, Cavid Məmmədov Ukraynada bir sıra iri ticarət mərkəzləri ələ keçirmək üçün bu ölkədə adamlarını yerləşdirmək niyyətində olub.
Lakin Ukrayna Xüsusi Xidmət Orqanları tərəfindən saxlanılan “Dato Ağcəbədinski” ölkədən çıxarılıb. Onun hansı ölkəyə deportasiya edildiyi məlum deyil.
Bundan başqa digər azərbaycanlı qanuni oğru İlqar Əliyev də bu günlərdə Ukraynadan deportasiya edilib. Belə ki, İstanbul-Kiyev reysi ölkəyə gələn İlqar Əliyev hava limanında saxlanılaraq geri qaytarılıb.

Tehsil-press.az

Oxşar xəbərlər