Hindistanda üç gün ərzində 100-ə yaxın insan saxta içkilərdən ölüb

Hindistanda üç gün ərzində 100-ə yaxın insan saxta içkilərdən ölüb Hindistanın şimalında ştatların birində üç gün ərzində saxta içkilərdən 97 nəfər ölüb. Fevralın 7-də Ballupur kəndində bir neçə sakin dəfn mərasimində iştirak edərək alkoqollu içki qəbul edib. Sakinlər növbəti gün səhhətlərinin pisləşdiyini hiss ediblər.
Ölənlər haqqında ilk xəbər cümə günü daxil olub və bundan sonra hadisənin araşdırılmasına başlanılıb.
Polis keçirdiyi əməliyyat nəticəsində 10 min litrdən çox qeyri-qanuni alkoqollu içki müsadirə edilib, 200-dən çox insan saxlanılıb. Hadisə ilə bağlı bir neçə rəsmi vəzifəsindən uzaqlaşdırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər