Bu gün Azərbaycanda aparılan test sayı açıqlandı

Bu gün Azərbaycanda aparılan test sayı açıqlandı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 25-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 2 672 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 273 411 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda 149 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 134 pasiyent sağalıb.

Tehsil-press.az

Oxşar xəbərlər