Ötən gün törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün törədilmiş 18 cinayətin üstü “isti izlər”lə açılıb Ötən gün ərzində törədilmiş 18 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər