İstanbul-Bakı reysi ilə kimlər gələ bilər?

İstanbul-Bakı reysi ilə kimlər gələ bilər? AZAL İstanbul-Bakı reysi ilə bağlı daha bir məlumat yayıb. Sözügedən reysə Azərbaycan vətəndaşları ilə yanaşı aşağıdakı şəxslər buraxılır:⠀
- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Həmçinin, xatırladırıq ki, Bakı-İstanbul reysinə biletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər