Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoydu

Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoydu Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycan məhsullarında zərərvericilərin aşkar edilməsi ilə əlaqədar onların idxalını dekabrın 10-dan qadağan edib.
Bildirilib ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pozuntular barədə dəfələrlə məlumatlandırılıb.
Yalnız oktyabrın 22-dən indiyədək 17 belə hal qeydə alınıb. Söhbət alma və pomidorda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmasından gedir.
“Bununla əlaqədar olaraq, fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisinə həmin zərərvericilərin idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur”, - “Rosselxoznadzor” bəyan edib. Qadağa müvəqqəti xarakter daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər