Azərbaycanlı gənc müəllimlər üçün Yaponiyada təlim proqramına sənəd qəbulu davam edir

Azərbaycanlı gənc müəllimlər üçün Yaponiyada təlim proqramına sənəd qəbulu davam edir Ümumtəhsil məktəblərinin müəllimləri üçün Yaponiyada “Gənc müəllimlər üçün təlim” (“Kyokensei”) proqramına sənəd qəbulu aparılır.
Təlim proqramında iştirak etmək istəyənlər yanvarın 29-dək müraciət edə bilərlər.
Qeyd edək ki, “Kyokensei” Azərbaycanın ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər üçün nəzərdə tutulub və onlara Yaponiyanın müəllimlərin yetişdirilməsi institutlarının təlimlərində iştirak etmək şansı verən magistratura səviyyəsi üzrə proqramdır.

Tehsil-press.az



Oxşar xəbərlər