
Tədqiqatın nəticələrinə görə, Titanın səthi üzvi karbohidrogenlərlə, habelə buz qatı ilə örtülüdür. Buz qatının altında - peykin səthindən təqribən yüz kilometr aşağıda okean yerləşir.
Alimlərin gəldiyi qənaətə görə, peyklə toqquşan asteroid və ya kometa buz qatını deşə bilər ki, bu da yaranmış kraterdə su ilə üzvi maddənin qarışmasına səbəb olar. Bütün bunlar birhüceyrəli orqanizmlərin yaranmasına gətirib çıxara bilər, çünki isti su müvafiq proses üçün ən münbit şəraiti yaradır.
Tehsil-press.az