Riyaziyyat və Mexanika İnstitutunun yarımillik hesabatı təqdim olunub

Riyaziyyat və Mexanika İnstitutunun yarımillik hesabatı təqdim olunub Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun Elmi şurasının növbəti onlayn iclası keçirilib.
İclasda institutun baş direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov şöbələrdə ilin 6 ayı ərzində görülmüş işlərin yekunlarına dair hesabatları təqdim edib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verib. O qeyd edib ki, Riyaziyyat və Mexanika İnstitutunda hazırlanan 3 jurnal “Scopus” bazasında impakt faktora malikdir.
İclasda ilin ikinci yarısında elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb. Eyni zamanda, 2020-2021-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planına uyğun olaraq Riyaziyyat və Mexanika İnstitutuna qəbul olmuş doktorant və dissertantların fərdi iş planları müzakirə edilərək təsdiqlənib.
Sonda hesabatla bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.

Tehsil-press.az



Oxşar xəbərlər