COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyət qoyulacaq

COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyət qoyulacaq “COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı yəqin ki, müəyyən məhdudiyyətlər olacaq”.
Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib. O qeyd edib ki, hazırda bu məsələ müzakirə olunur:
“COVID-19 pasportu olan şəxslər tədrisə rahat cəlb olunacaq. Çünki onlar nə özləri, nə də digər şəxslər üçün risk yaradacaqlar. Təhsil kütləvi sahədir, burada şagirdlər, aşağı yaş qruplarından olan şəxslər, əks-göstərişi olanlar var. Biz bu şəxsləri riskə ata bilmərik. Hazırda bu məsələ müzakirə olunur və yəqin ki, yekun qərar veriləcək”.

Tehsil-press.az


Oxşar xəbərlər