Nicat Nəsirli vəfat etdi

Nicat Nəsirli vəfat etdi Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin sabiq şöbə müdiri Nicat Nəsirli vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.
Məlumata görə, aqrar sahə üzrə ekspertin beynində bədxassəli şiş müəyyən olunduğu üçün, o, sentyabrın 14-ü və 18-də Türkiyədə iki ağır əməliyyat keçirib.
Nicat Nəsirli ötən gün axşam saatlarında dünyasını dəyişib.

Tehsil-press.az

Oxşar xəbərlər