“Lor Hospital” məhkəməyə verildi

“Lor Hospital” məhkəməyə verildi Bakıda tanınmış “Lor Hospital” klinikası barəsində məhkəmə iddiası qaldırılıb.
Klinika İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tələblərini pozub.
Belə ki, klinikada onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirilib.
Klinika barəsində tərtib olunmuş cərimə protokolu Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Vüsal Qurbanovun icraatına verilib. Məhkəmə iddianı təmin edərsə, tibb mərkəzini 6 mindən 8 min manatadək məbləğdə cərimə gözləyir.

Tehsil-press.az

Oxşar xəbərlər