Mədəniyyət və İncəsənət Universitetində yenidənhazırlanma təhsili üçün qəbul aparılır

Mədəniyyət və İncəsənət Universitetində yenidənhazırlanma təhsili üçün qəbul aparılır Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) 2022/2023-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul elan edir.
Musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) və sənətşünaslıq (kinoşünaslıq) ixtisasları üzrə tədris əyani formada həyata keçiriləcək. ADMİU-da yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən aparılır. ADMİU-da yenidənhazırlanma təhsilinə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə və ya elektron (skan edilmiş PDF formatında) qaydada həyata keçirilir. Təqdim edilmiş sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar. Tədris Azərbaycan və rus dillərində aparılır. Sənədlər sentyabrın 10-dək qəbul ediləcək.
Yenidənhazırlanma təhsilinə müraciət üçün ərizə formasını ADMİU-nun saytındakı link vasitəsilə yükləmək olar. Həmçinin sənədlərin siyahısı və əlavə məlumat universitetin saytında yerləşdirilib.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomların Azərbaycan Respublikası ərazisində tanınması barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Tehsil-press.az


Oxşar xəbərlər