
Bu sözləri hüquqşünas Əkrəm Həsənov deyib.
“Ali Məhkəmənin cavabında görmədim ki, Etibar Əliyevin qiyabi təhsillə bağlı sualına cavab verilsin. Bundan başqa, Etibar Əliyev dil məsələsinə də toxunur. Bildirir ki, Abiddin Hüseynovun dil biliyi də yoxlanmalıdır. Düzdür, Ali Məhkəmə deyir ki, A.Hüseynovun diplomu Azərbaycanda təsdiq olunub. Cavab verildi, bununla bağlı araşdırma keçirilməlidir. Heç bir halda Etibar Əliyev məsuliyyətə cəlb oluna bilməz. Çünki heç kimi ittiham etməyib. Deputat kimi əlində olan publik məlumatlar üzrə suallar verib. Həmin suallara niyə Ali Məhkəmə cavab verməlidir? Buna əlsində Məhkəmə-Hüquq Şurası münasibət bildirməli idi. Hansı ki hakimlərin seçkisi ilə Şura məşğuldur. Ali Məhkəmə özü özünə hakimləri namizəd kimi seçmir ki. Bunun özü şəxsən mənim üçün sualdır. Belə bir xalq deyimi var, “soğan yeməmisən, niyə göynəyirsən?” Məgər o hakimləri sən özün seçmisən? Bu da düzgün yanaşma deyil. Mən nə Etibar Əliyevin deputat kimi, nə də Abiddin Hüseynovun hakim kimi fəaliyyətinin pis, yaxşı olmasına münasibət bildirmirəm. Sırf bunu deyirəm ki, belə məsələləri qaldırmaq E.Əliyevin deputat kimi səlahiyyətidir. Böhtan atmadı, olan faktları dedi”, - Ə.Həsənov bildirib.
Tehsil-press.az