İranda daha iki məhkum edam edildi

İranda daha iki məhkum edam edildi İranda daha iki məhkum edam edilib.
Sistan və Bəlucistan əyalətinin Zahedan şəhər zindanında saxlanılan iki məhkum edam edilib.
Fevralın 27-i səhər saatlarında dar ağacından asılan Hadi Gərgic və Məhəmməd İshaq Gərgic adlı məhkumların qardaş olduqları bildirilir.
İran İnsan Haqları Təşkilatı yaydığı bəyanatda onların narkotik maddələrin alverində günahlandırıldıqları üçün edam olundıqlarını açıqlayıb.
Qeyd edək ki, bununla yanaşı, Həmədan şəhər həbsxanasında da iki məhkum edamqabağı hazırlıq üçün təkadamlıq kameralara köçürülüblər.
Bu edamlar barədə İran məhkəməsi və rəsmi dövlət mediası məlumat verməyib.

Tehsil-press.az

Oxşar xəbərlər