Qocalar evlərində maska taxmaq tələbi ləğv edilib

Qocalar evlərində maska taxmaq tələbi ləğv edilib Almaniyadakı qocalar evlərində maska taxmaq tələbi ləğv edilib.
Qocalar evləri koronavirus pandemiyası ilə bağlı qaydaların hələ də qüvvədə olduğu sonuncu müəssisələrdən biri idi. Həmin sosial evlərdə yaşayan ahıl şəxslərin və onlara xidmət edən tibbi heyətin fikrincə, bu qərar onların vəziyyətini xeyli yaxşılaşdıracaq, ona görə ki, xüsusən bir neçə mərhələdən ibarət vaksinləmədən sonra pandemiya artıq geridə qalıb.
Bu tələbin ləğv edilməsi xüsusən ona görə vacibdir ki, qocalar evlərində yaşayan insanların çoxu ağıldankəmlik problemindən əziyyət çəkir. Çox vaxt bu insanların qavrama qabiliyyəti məhdudlaşır, onlar öz müsahiblərinin mimika və jestlərindən çox asılı vəziyyətdə olur. Qocalar az sayda insanlarla təmasda olduğu üçün maska taxmaq tələbi onların qavrama qabiliyyətini xeyli məhdudlaşdırır.
Beləliklə, bəşəriyyətə çox böyük itkilər vermiş pandemiyanın daha bir elementi keçmişdə qalacaq.

Tehsil-press.az


Oxşar xəbərlər