Avropanın astanasında gedən silahlı münaqişəyə baxmayaraq, normal həyata qayıdış başlayır, COVID-19 epidemiyasına yoluxmaların sayı azalır.
Bu haqda Fransa Baş naziri Jan Kasteks çıxışında deyib. Bildirib ki, Fransa Səhiyyə İdarəsinın sonuncu göstəricilərinə görə ölkədə 56 000 gündəlik yoluxma qeydə alınır. Xəstəxanalarda koronavirus xəstələrinin sayı azalır. Jan Kasteks sanitar vəziyyətin yaxşılaşmasından məmnunluğunu bildirərək, pandemiya ilə bağlı tədbirlərin yumşaldılmasının yeni mərhələyə qədəm qoymasında söz açıb.
Baş nazir ölkədə maska məcburiyyətinin aradan qaldırıldığını, yalnız ictimai nəqliyyatda məcbur olduğunu deyib. Həmçinin o, ölkədə peyvənd pasportu tələbinin də artıq martın 14-dən aradan qaldırılacağını vurğulayıb.
Martın 14-dən yalnız xəstəxanalarda, qocalar evlərində və tibb işçilərindən peyvənd pasportu tələb olunacağını diqqətə çatdırıb.
Tehsil-press.az