Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında Kremldə danışıqlar başlayıb. Putin və Si Cinpin arasında təkbətək söhbət olacaq və sonra görüş qeyri-rəsmi naharla davam edəcək. Kreml nümayəndəsi qeyd edib ki, bu, çox mühüm görüş olacaq, iki dövlətin başçıları ən aktual məsələləri müzakirə edəcəklər.