İranda beş sərhədçi qətlə yetirilib

İranda beş sərhədçi qətlə yetirilib İranın Sistan-Bəlucistan bölgəsində baş verən silahlı toqquşmada 5 nəfər sərhədçi həlak olub.
Son vaxtlar İranın Əfqanıstan ilə sərhədində tez-tez silahlı insidentlər yaşanır. Silahlı dəstələr İran sərhədini qanunsuz yollarla keçməyə çalışarkən sərhədçilərin müqavimətinə rast gəlirlər.
Bölgənin polis idarəsindən verilən məlumata görə, sərhədi daha çox narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstələr pozur.
“Tasnim” xəbər agentliyinin məlumatına görə, aprelin sonunda Sistan-Bəlucistanda polis zabiti Əlirza Şəhriki silahlı hücum nəticəsində qətlə yetirilib. O, həyat yoldaşı ilə birlikdə avtomobilində silahlı hücuma məruz qalıb. Həyat yoldaşı ağır yaralanıb. Ötən ilin dekabr və cari ilin yanvar aylarında da bu bölgədə polis və sərhəd qoşunlarının zabitlərinə qarşı silahlı hücumlar olub, iki nəfər qətlə yetirilib. İran hökumətinin həyata keçirdiyi tədbirlərə baxmayaraq, silahlı insidentlər davam edir.

Tehsil-press.az




Oxşar xəbərlər