Azərbaycanda son sutkada koronavirus infeksiyasına 9 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə alaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Həmçinin, son sutkada COVID-19-dan vəfat edən də yoxdur. Rəsmi məlumata görə, hazırda ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 85 nəfərdir.