
Jurnal “Scopus” bazasında indekslənir və 2022-ci il üçün “CiteScore” göstəricisi 6.3-dür.
Beynəlxalq iqtisadiyyat və biznes kafedrasının müəllimi Emiliya Əhmədovanın mentorluğu və həmmüəllifliyi ilə yazılan məqalədə müştərilərin impulsiv davranışlarına təsir edən müxtəlif faktorlar təhlil edilib. Həmçinin impulsiv alış meyilliyinin yaşdan, təhsil və gəlir səviyyəsindən asılı olaraq dəyişdiyi göstərilib. Tədqiqatın nəticələrinə əsasən, hedonik motivasiya, özünüidarə, özünədəyər, rifah dərəcəsi impulsiv alış davranışına təsir göstərən amillər kimi müəyyən olunub.
Qeyd edək ki, Ayan Nəbiyeva bakalavr təhsilini yüksək göstəricilərlə bitirməklə yanaşı, dünyanın bir çox universitetlərindən (Münhen Texniki Universiteti, DAAD təqaüdü), Amsterdam Universiteti, Niderlandın Maastrixt Universiteti, Boston Universiteti, Corc Vaşinqton Universiteti, Kopenhagen Biznes Məktəbi və s.) magistratura təhsili üçün təqaüdlü qəbul alıb.
Tehsil-press.az